İnsanlara hürriyət, millətlərə istiqlal!

BU QIZI XİLAS EDƏK!

5518 07.01.2013 21:38 Mətbuat bugün A A

Təbii ki, yekun maliyyə hesabatı sonda veriləcək, ancaq bu yerdə qeyd etməyi vacib bilirik: hesaba ciddi bir məbləğ toplansa da (1/4 qədər), bu, əməliyyat üçün kifayət eləmir. Ortaya bayram günlərinin də girdiyini nəzərə alıb bir daha işə real dəstəyi keçə biləcək insanlara səslənirik.

Bir daha diqqətə çatdıraq ki, Jalə anadangəlmə skoliozdan (onurğa əyriliyindən) əziyyət çəkir. Həkimlərin dediyinə görə, yaş örtdükcə xəstəlik bu yeniyetmə qıza ciddi estetik problemdən çox, onun həyatı üçün ağır fəsadlar törədə bilər. Ancaq Sank-Peterburq klinikalarının birində çalışan cərrah-ortoped A.P Afanasyev məsuliyyəti öz üzərinə götürməyə və 30-40 gün müddətində, iki mərhələli cərrahi əməliyyatla müsbət nəticə alınacağına söz verib. Əməliyyat məbləği 12 min dollar civarındadır. Əfsus ki, Jalənin ailəsinin belə imkanı yoxdur. O üzdən ümidlərini yenə xeyirxah və imkanlı insanlara bağlayıblar.

12 min dollar kiçik məbləğ deyil əlbəttə ki. Ancaq bu pula talantlı və cəmiyyətə çox faydalı ola biləcək bir yeniyetməni xilas eləmək mümkündür! Onu da deyək ki, həkimlər əməliyyatı gecikdirməyi məsləhət görmür.

Jalə Baxışova üçün anası Baxışova Məlahət Saday qızının adına Azərbaycan Beynəlxalq Bankı ASC Cəlilabad şöbəsində manat və dollar hesabı açılıb. Bankın rekvizitləri belədir:

Kod 805302; VÖEN 9900001881; SWIFT: IBAZAZ2X;

cari hesab (manatla) N 33801019443611657259; müxbir hesabı AZ03NABZ01350100000000002944. (ABŞ dolları üçün) hesab nömrə: 33811018403611657259;

Tel: (050) 798 98 30.  

NURLAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR