İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANDA GƏNCLƏR MƏCLİSİ TƏSİS OLUNDU

493 06.11.2012 09:27 Mətbuat bugün A A
İctimaiyyətə məclisin funksiyalarını daha geniş və əhatəli çatdırmaq üçün Gənclər Məclisi öz məramnaməsini də təqdim edib: “Biz Azərbaycanda müsbət dəyişiklik üçün gənclərin real potensiala sahib olduğuna inanan və cəmiyyətin müxtəlif sahələrində təmsil olunan fəal vətəndaşlarıq. Gənclərin, cəmiyyətin bütün sahələrində iştirakının dayanıqlı və davamlı olmasının əhəmiyyətini qəbul edirik. Müxtəlif fikirli gənclərin iştirakı ilə açıq müzakirələr təşkil edərək insan hüquqlarının, fəal vətəndaşlığın təmin olunduğu cəmiyyətin və idarəetmənin inkişafına nail olmaq istəyirik. Bərabər imkanlar, hüququn aliliyi, tolerantlıq, plüralizm, ədalət kimi dəyərləri rəhbər tutaraq Gənclər Məclisini təsis etdik”.
Verilən məlumata görə, məclisin yaranmasının əsas məqsədi cəmiyyətdə ictimai-siyasi həyatda iştirak etmək, mədəniyyətin yayılmasına və gücləndirilməsinə səy göstərmək, fərqli sahələrdə təmsil olunan müxtəlif ixtisasa və təcrübələrə malik gənclərin resurslarını səfərbər etməkdir. Qurum bu və digər istiqamətlərdə icra hakimiyyəti, parlament, təhsil müəssisələri, vətəndaş cəmiyyəti üzvləri və digər yerli və beynəlxalq maraqlı tərəflərlə əməkdaşlıq və dialoqlara səylər göstərəcək. Məlumatda qeyd olunur ki, Gənclər Məclisi bərabər imkanlar, hüququn aliliyi, tolerantlıq, plüralizm və ədalət kimi vacib dəyərləri təbliğ edən gənclər yönümlü platformadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR