İnsanlara hürriyət, millətlərə istiqlal!

“ANAR MƏMMƏDOV İSMAYILLIDA OLMAYIB”

6028 24.01.2013 20:36 Mətbuat bugün A A

“Qafqazinfo.az” saytının yaydığı məlumata görə, ötən gün İsmayıllıda rayon camaatını təhqir edən məmur övladlarının arasında nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da olub. Bununla bağlı musavat.com əməkdaşı A.Məmmədovun hüquqi nümayəndəsi Ruslan Məmmədovla telefonla əlaqə saxlayıb, deyilənlərə onun münasibətini öyrənib. R.Məmmədov bu iddianın yalan olduğunu bildirib: “Anar müəllim bu həftənin əvvəlindən Türkiyəyə işgüzar səfərə yollanıb. Bu gün axşamüstü o, Bakıya qayıdıb. Ona görə də Anar müəllimin yanvarın 23-də İsmayıllıda olması haqda deyilənlər həqiqətdən uzaq fikirlərdir”. Vəkil bildirdi ki, bunu isbatlamaq üçün A.Məmmədovun ümumvətəndaşlıq pasportunu mediaya təqdim edə bilər: “Pasportda bir adamın xarici ölkəyə gedişi və dönüşü aydınca göstərilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR