İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur cütlüyün ayrılıq səbəbi evlilik imiş - FOTOLAR

1741 20.04.2018 14:15 Şou-biznes A A

Türkiyənin tanınmış cütlüyü Aslı Enver ilə Murat Bozun ayrılıq səbəbi məlum olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslının evlənmək istəməsi ayrılığa səbəb olub. Murat evlilik adamı olmadığını deyərək aktrisadan ayrılıb. O, yaxınlarına Aslının vaxtını almaq istəmədiyini deyib.

Digər iddiada bildirilir ki, cütlük aktrisanın qısqanclığına görə ayrılıb. Tez-tez Murat Boza zəng edən Aslının bu addımı müğənninin özündən çıxarıb. Hətta, o, telefon nömrəsini də dəyişib.

Qeyd edək ki, cütlük daha öncə Murat Boz aktyor Eser Yenenler və Nihal-Ceyda bacıları ilə əyləndiyi üçün ayrılmışdı. Aslı evlilik şərti ilə müğənnini bağışlamışdı.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR