İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur cütlük boşandı - Acundan xəyanət açıqlaması - FOTOLAR

Ötən ilin sentyabr ayında evlənən Acun Ilıcalı ilə Şeyma Subaşı boşanıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə məhkəməyə gələn cütlüyün gülməsi  və xoşbəxt görünməsi diqqət çəkib. Cütlüyün 9 illik münasibəti 9 dəqiqədə bitib, onlar razılaşmalı boşanıblar.

Acun Ilıcalı boşandıqdan sonra ilk açıqlamanı verib: “Hər nikahda boşanma ola bilər. Biz də Şeyma ilə evliliyimizi qorumaq istədik, bunun üçün cəhd etdik, amma alınmadı, bacarmadıq. Boşanmağımızla bağlı çirkin fikirlər səsləndirilir. Onların heç bir əsası yoxdur. Sevərək evləndik, evliliyimizi davam etdirə bilmədik, hörmətlə ayrıldıq”.

Qeyd edək ki, cütlüyün Melisa adlı 4 yaşlı qızı var.

Könül,
Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR