İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənsimovun gəmilərində etiraz

2592 20.07.2018 00:38 Ölkə A A


Azov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib.

Finans.az TASS-a istinadən xəbər evrir ki, "Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.

"Riroil” tankeri hazırda borc içində batan oliqarx Mübariz Mənsimovun "Palmali” şirkətlər qrupuna məxsusdur. 2003-cü ildə Volqoqrad tərsanəsində yığılıb, beynəlxalq gəmiçilik reyestrlərində yer alan məlumatlara görə mülkiyyətçisi Rostovda qeydiyyatdan keçmiş "Palmali” MMC şirkətidir. Bu şirkət Mənsimovun Türkiyədəki "Palmali Denizçilik” qrupuna daxildir. Gəmi Malta bayrağı altında üzür.

Dənizçilər bildirir ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər "Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar.

 mübariz.jpg (23 KB)

Agentlik bildirir ki, bundan əvvəl "Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb. Lakin hələlik bu xəbərləri təsdiqləmək mümkün olmayıb.

Virtualaz.org "Palmali”nin borc içində üzdüyünü və Rusiyada şirkətin barəsində müflisləşmə proseduru başladıldığı haqda dəfələrlə yazıb. Şirkətin iki gəmisinin aylardır Avropa limanlarında həbs altında olduğu da məlumdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR