İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərbəin günü İmam Hüseynin məqbərəsini 17 milyon insanın ziyarət edəcəyi gözlənilir

2085 19.11.2016 16:30 Mənəviyyat A A
Sabah Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü qeyd olunacaq. 

Bununla əlaqədar İraqa iki milyondan çox İran vətəndaşı səfərə gedib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın Kərbəla əyalətinin hökuməti məlumat yayıb.

İnformasiyaya əsasən, İrandan başqa ölkələrdən isə 150 min şiə-müsəlman İraqın Kərbəla şəhərinə İmam Hüseynin məqbərəsini ziyarətə gedib.

Bu tədbirdə 15 milyon iraqlının da iştirak edəcəyi gözlənilir. Məlumatda bildirilib ki, bununla da ziyarətə gedənlərin sayı bu il 17 milyon nəfər olacaq.

Ərbəin ərəbcə qırxıncı gün deməkdir. Şiəlikdə Ərbəin hicri təqvimi ilə Aşura günündən 40 gün sonra yəni Səfər ayının iyirminci günüdür. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR