İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenicag.Ru saytı fəaliyyətə başladı

887 24.12.2016 14:39 Media A A
Yeniçağ Azərbaycan”ın tərkibində rus dilində fəaliyyət göstərəcək yeni sayt yayıma başlayır.

Yenicag.Ru domeni ilə fəaliyyət göstərəcək olan informasiya saytı rus dilinin əhatə etdiyi geniş oxucu auditoriyasını ən son, aktual və ətraflı materiallarla təmin etməyi hədəfləyir.

Yenicag.Ru saytı planetimizin hər bir guşəsində baş verən hadisələri, onların xülasəsini, informasiya və analiz şəkilində rusdilli auditoriyaya operativ şəkildə çatdıracaq. Avropa, Asiya, Türk dünyası, Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən maraqlı hadisələr haqqında öz oxucularına əhatəli məlumat verəcək. Bundan əlavə saytda zəngin elektron kitabxana bölməsi də mütaliə sevən oxucuların xidmətində olacaq.

Yenicag.Ru saytı bundan başqa Yaxın və Orta Şərq regionunda gedən hərbi-siyasi proseslərin düzgün işıqlandırılması, erməni diasporasının nəzarətində olan kifayət qədər tirajlı və populyar elektron KİV-lərin anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı da bir lokomotiv rolunu oynayacaq.

Sayt Türk-İslam coğrafiyasında baş verənlərin düzgün işıqlandırılması, Türk-İslam dünyasına qarşı Qərbin imperialist qüvvələrinin apardığı amansız psixoloji-informasiya müharibəsinin qarşısının alınması üçün də mükəmməl konsepsiyaya malik bir informasiya resursu olacaqdır.

Qeyd edək ki, Yenicag.ru lahiyəsinin rəhbəri Aqil Ələsgər, redaktoru Qafqaz Ömərovdur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR