İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp CNN müxbirinə sual vermək haqqı tanımayıb - Video

2004 12.01.2017 05:22 Media A A
ABŞ-ın 45-cı Prezidenti Donald Tramp təşkil etdiyi ilk mətbuat konfransı zamanı CNN müxbirinin ona sual ünvanlamasına icazə verməyib.

Axar.az xəbər verir ki, milyarder prezident sözügedən mətbuat qurumunu dezinformasiya yaymaqda günahlandırıb.

Belə ki, Tramp sual vermək üçün icazə istəyən müxbirə: “Xahiş edirəm, səssiz olun. Hay-küy salırsınız. Siz yalan xəbərlər yayan mətbuat orqanısınız. Sizə sual haqqı tanımıram”, - deyə bildirib.

“Mətbuat orqanımıza hücum edirsiniz”, – deyən CNN əməkdaşının iradına Tramp “Təşkilatınız bərbaddır” sözü ilə nöqtə qoyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR