İnsanlara hürriyət, millətlərə istiqlal!

Media millət vəkillərinin fəaliyyətini necə işqlandırır?

1086 04.04.2016 11:25 Media A A
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb. 

Media Təqib Mərkəzi deputatlarla bağlı mart ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 19805 xəbər yerləşdirilib. Bunlardan 527 xəbər mənfi, 334 xəbər müsbət və 18944 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Nəriman Əliyev (104 xəbər - deputatın diplomunun, hərbi biletinin saxta olması iddiası), Hacı Salayev (58 xəbər - çörək zavodu ilə bağlı şikayətlər, deputatın oğlu ilə bağlı iddialar və s.), Rüfət Quliyev (46 xəbər - seçicilərini qapıdan qovması, iki ayağını itirmiş qazini təhqir etməsi iddiaları).

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva         2534 xəbər
2. Rövnəq Abdullayev 1579 xəbər
3. Oqtay Əsədov                 997 xəbər
4. Qənirə Paşayeva         831 xəbər
5. Vasif Talıbov                 661 xəbər
6. Siyavuş Novruzov         595 xəbər
7. Vahid Əhmədov         532 xəbər
8. İsa Həbibbəyli         493 xəbər
9. Hadı Rəcəbli                 467 xəbər
10. Cavid Qurbanov         425 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2300 xəbər dərc edilib. Bu xəbərlərdən 2266-sı neytral, 27-si müsbət, 7-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Elmira Axundova  (2 xəbər - deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı), Nəriman Əliyev (2 xəbər - deputatın diplomunun saxta olması iddiası),  Şəmsəddin Hacıyev (2 xəbər - deputatın rektor olduğu müddətdə universitetdə rüşvət alması iddiaları) və Mirkazım Kazımova (1 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi) məxsusdur. Müsbət xəbərlər isə Mehriban Əliyeva (24 xəbər - müxtəlif medallarla təltif olunması) və Mixail Zabelinə (3 xəbər - prezidentin fəxri diplomu ilə təltif edilməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva         333 xəbər
2. Rövnəq Abdullayev 114 xəbər
3. Oqtay Əsədov                 107 xəbər
4. Siyavuş Novruzov         89 xəbər
5. Əflatun Amaşov         79 xəbər 
6. İsa Həbibbəyli         57 xəbər
7. Vasif Talıbov                 54 xəbər
8. Fuad Muradov                 51 xəbər
9. Musa Quliyev                 51 xəbər
10. Vahid Əhmədov         49 xəbər

Mart ayında televiziya kanallarında deputatlar haqqında  1472 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva         221 xəbər
2. Rövnəq Abdullayev 142 xəbər
3. Oqtay Əsədov                 77 xəbər
4. Fuad Muradov                 61 xəbər
5. Ziyad Səmədzadə         50 xəbər
6. Çingiz Qənizadə         41 xəbər
7. İsa Həbibbəyli         39 xəbər
8. Vahid Əhmədov         35 xəbər
9. Kəmaləddin Qafarov 34 xəbər
10. Əhliman Əmiraslanov   33 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

***

Mərhum müğənni İlhamə Quliyeva hələ də medianın gündəmindədr...

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb. 

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı mart ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 15355 xəbər yerləşdirilib. Bunlardan 507 xəbər mənfi, 36 xəbər müsbət və 14812 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (298 xəbər - dələduzluqda ittiham olunması), Samir Piriyev (88 xəbər - K.Həsənlinin müğənnini məhkəməyə verməsi), Aygün Kazımova (58 xəbər - müğənninin erməni agentlikləri ilə əlaqəli olması iddiaları).  Müsbət xəbərlər isə Röya Ayxana (36 xəbər -  müğənniyə “Əməkdar artist” medalının təqdim olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva     2035 xəbər
2. Aygün Kazımova     1343 xəbər
3. Əli Mirəliyev             966 xəbər
4. Samir Piriyev             614 xəbər
5. Kamran Həsənli     578 xəbər
6. Röya Ayxan             567 xəbər
7. Nadir Qafarzadə     451 xəbər
8. Elza Seyidcahan     353 xəbər
9. Namiq Qaraçuxurlu   340 xəbər
10. Xatirə İslam             320 xəbər 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 486 xəbər dərc edilib. Bu xəbərlərdən 461-i neytral, 1-i müsbət, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (16 xəbər - dələduzluqda ittiham olunması), Samir Piriyev (6 xəbər - K.Həsənlinin müğənnini məhkəməyə verməsi). Müsbət xəbər isə Röya Ayxana (1 xəbər -  müğənniyə “Əməkdar artist” medalının təqdim olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva       60 xəbər
2. Aygün Kazımova       31 xəbər
3. Samir Piriyev            27 xəbər
4. Kamran Həsənli    26 xəbər
5. Röya Ayxan            23 xəbər
6. Əli Mirəliyev            23 xəbər
7. Nadir Qafarzadə    13 xəbər
8. Oksana Rəsulova      12 xəbər
9. Elza Seyidcahan        10 xəbər
10. Natəvan Həbibi    10 xəbər

Mart ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 205 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Aygün Kazımova       12 xəbər
2. Elza Seyidcahan       11 xəbər
3. Sevda Yəhyayeva       9 xəbər
4. Nadir Qafarzadə       7 xəbər
5. Roza Zərgərli               7 xəbər
6. Rüfət Axundov       6 xəbər
7. İlhamə Quliyeva       6 xəbər
8. Niyaməddin Musayev  5 xəbər
9. Ayaz Qasımov               5 xəbər
10. Samir Piriyev               5 xəbər


Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR