İnsanlara hürriyət, millətlərə istiqlal!

Klassik elektron qəzet fəaliyyətə başladı

1319 29.09.2015 15:04 Media A A
Ölkənin ilk klassik-elektron qəzeti artıq fəaliyyətdədir.
Bu barədə musavat.com-a açıqlama verən baki-baku.az klassik-elektron qəzetinin ideya müəllifi və baş redaktoru tanınmış jurnalist Rauf Ağayev bildirib ki, bu yeni layihə print-media həvəskarlarını yeni və müasir ünvanda birləşdirir:

“Çap mediasının, xüsusilə də qəzetin öz həvəskarları var. Bu layihədə klassik qəzetçilik dəyərləri qorunaraq elektronlaşdırılıb, nostalji və müasir çalarlar bir növ sintez edilib. Günbəgün sürətlə inkişaf edən jurnalistikada qəzetçiliyi itib-batmaqdan qurtarıb ayaqda saxlamaq üçün bu kimi layihələrə ehtiyac duyulduğunu əsas götürərək belə bir elektron qəzet təsis etdik”.

Qeyd edək ki, baki-baku.az klassik-elektron qəzetinin yaradıcıları bir zamanların “Bakı” və “Baku” axşam qəzetlərinin keçmiş əməkdaşlarıdır və bu layihəni də həmin qəzetlərin baş redaktoru olmuş Nəsir İmanquliyevə ithaf ediblər.

Əli Rais, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR