İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş diplomat Turqut Ər "Yeni Müsavat"ı təbrik etdi

573 10.11.2016 13:07 Media A A
Vaxtilə Azərbaycanda çalışmış türkiyəli diplomat Turqut Ər "Yeni Müsavat" qəzetinin nəşrə başlamasının 27-ci ildönümü ilə bağlı qəzet rəhbərliyinə təbrik mətubu göndərib. 

Azərbaycan jurnalstlərinin sadiq dostu öz təbriknaməsində yazır:

"Dəyərli qardaşım, həmkarım, usta jurnalist Rauf bəy, "Yeni Müsavat"ın yaş günü münasibətilə başda nəşrin qurucusu, baş redaktoru olaraq sizi və alilənizi təbrik edirəm. 

"Yeni Müsavat" quruluşundan bu günə qədər qəzetin hər seqmentində işləyən əməyi olan insanları da təbrik edirəm. Azərbaycanda sərmayə təcrübəsinin və anlayışlarının daha bilinmədiyi, yalnız "vətən və millətə necə faydalı olaram" idealiyla nəşrinə başladığınız "Yeni Müsavat"ın min çətinlikləri aşaraq bu günlərə gətirilməsi o coğrafiyada, o rejimdə böyük bir müvəffəqiyyətdir. Mühəqqəq, bu müvəffəqiyyətdə qəzeti bütün çətinliklərə baxmayaraq, alıb oxuyan dəyərli oxucularınızın da böyük payı var. Onlar da sağ olsunlar. Sizi təkrar təbrik edir, sizə və dəyərli çalışanlarınıza sevgi və sayqılarımı bildirirəm".

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR