İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər arx çəkməlidirmi? - SORĞU

2262 19.01.2017 18:24 Media A A
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun son açıqlaması gündəmi zəbt edib. 

Mer bu dəfə jurnalistləri arx çəkməyə dəvət edib. Görək, bu məsələyə jurnalistlərin və şəhər sakinlərinin münasibəti necədir?
 
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu:
 
- Hacıbala müəllimin bütün açıqlamaları hadisə olur, Azərbaycan mətbuat tarixində qalır. Bu da növbəti açıqlamalarından biridir. Mən zarafata salıb üzərindən keçməyə meylliyəm. Hacıbala müəllimdə belə unikal zarafatlar çox olur.
 
Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd:
 
- Əslində arx çəkmək, yol çəkmək, abadlıq işləri ilə məşğul olmaq Hacıbala müəllimin öz işidir. Biz öz işimizi görürük.
 
MŞ sədrinin müavini Müşfiq Ələsgərli:
 
- Hacıbala müəllim də, hər kəs də yaxşı bilir ki, jurnalistikanın vəzifəsi problemlər haqqında yazmaqdır. Əslində bu yolla jurnalistlər həm ölkə ictimaiyyətinə, həm də bizim məmurlara dövlətə kömək etmiş olurlar. Çünki jurnalistlər yazmasalar, o problemlərin mövcudluğu bilinməz, onları aradan qaldırmaq da olmaz.
 
Paytaxt sakinlərinin də məsələyə münasibətini öyrəndik:
 
- Jurnalistin işi o deyil axı. Hərənin öz işi var. Kimə xoşdursa, qaza bilər. Vaxtında hər yeri düzgün təmir etsəydilər, belə olmazdı.
 
- Qaldığı yer yaşayışına uyğundursa, yəni yaşayış üçün oranı qazmalıdırsa, hamı kimi kömək etməlidir. Əgər bunun işi deyilsə, başqa adamın vəzifəsidirsə, etməməlidir.
 
- Fəqət mən bu şeyə mənfi baxıram.
 
- Əlbəttə ki, yox, bu düzgün fikir deyil.
 
- Yox, biz qazmalıyıq.
 
- Jurnalist neyləməlidir, arx çəkməlidir bəyəm? Jurnalist elə qəşəng də işıqlandırır, harada problemlər var, çəkib göstərir.
 
- Jurnalist mikrofonla necə arx qaza bilər?
 
Gəlin bunu da professor Abutalıbovun növbəti zarafatı kimi qəbul edək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR