İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist təşkilatları Rasim Əliyevin qətliylə bağlı məhkəməni niyə izləmirlər?

926 06.01.2016 18:23 Media A A
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Prosesdə iştirak etmək istəyən media nümayəndələrinə əngəl yaradılıb.

Bəs ölkənin jurnalist birlikləri məhkəmə prosesini izləyirlərmi?

Məsələ ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə əlaqə saxladıq. 

A.Əliyev bildirdi ki, bəhs etdiyimiz məhkəmə prosesi ilə maraqlanmır: “Səbəb odur ki, mən bu işlərdən çoxdan çəkilmişəm. Çünki maraqlandığım hallar və adamlar təəssüflər olsun, elə bir vəziyyətdədirlər ki, bizim bir zaman mübarizə apardığımız sistem indi həmin şəxslərdən güc alır”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də musavat.com-a açıqlamasında bu məhkəmə prosesini izləmədiyini bildirib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunduqdan sonra daha çox vaxtımı bu qurumda keçirirəm. Ona görə də Demokratik Jurnalistlər Liqası ilə çox məşğul ola bilmirəm. Bu işlərə vaxtım çatmır. Artıq bir ildən çoxdur ki, Demokratik Jurnalistlər Liqasına elə də vaxt ayıra bilmirəm”.

Əli Rais, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR