İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

1202 19.01.2017 12:28 Media A A
Milli Məclisin İnsan haqları komitəsinin iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
 
APA-nın məlumatına görə, dəyişikliyə əsasən 9.1-ci maddədə informasiya sahibləri sırasına publik hüquqi şəxsləri də əlavə edilir. Bununla da həm hüquqi, həm fiziki, həm də publik hüquqi şəxslər olur. 29-cu və 37-ci maddədə “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər” sözünə  “ictimai funksiyaları yerinə yetirən publik hüquqi şəxslər” sözü əlavə edilir. Keçid müddəalarına da hüquqi şəxslərlə yanaşı, publik hüquqi şəxslər sözü əlavə olunur. Bu keçid müddəaları internet informasiya ehtiyatlarının yaradılması müddəti ilə bağlıdır. 
 
Bildirilib ki, dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir.
 
Layihə plenar iclasa tövsiyə olunub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR