İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir filmin kadrarxası - "Sual nəydi?" (VİDEO)

1648 10.11.2016 15:52 Media A A
Çoxdan bəllidir: bir ciddi ekran işinin başa gətirmək üçün uzun sürən hazırlıqlar parmaq, məşqlər etmək lazım gəlir. Elə kadrlar var ki, birinci, üçüncü, beşinci dəfələrdə alnmır. İlk günlər adama (xüsusilə də çəkənə və çəkilənə) olduqca əsəbi dəqiqələr yaşadan həmin proses bir müddətdən sonra hamıya gülməli gələn komik epizodlara çevrilir. 

"Yeni Müsavat"ın nəşrə başlamasının 27-ci ildönümünə həsr olunmuş sənədli filmin kadrarxası süjetləri də o sıradandır. Burada sualı unudan müsahib də var, nə deyəcəyini bilməyən də, özünü gülməkdən saxlamağı bacarmayan da, kamera önündə həddən artıq ciddi olmağa çalışanlar da.

"Film haqqında film" adlanan bu kadrların müəllifi Sevinc Telmanqızı və İlkin Zəfərli bunları çəkdikləri ciddi filmdən kəsib düzəldiblər ki, bir az yumor, zarafat olsun. Buyurun, siz də baxın. Redaksiya demək ailə mühiti deməkdir. Ailə mühiti isə gərək şən olsun.

Musavat.com


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR