İnsanlara hürriyət, millətlərə istiqlal!

Balacaların böyük arzuları - Kampaniyaya qoşulaq

1111 13.11.2015 14:06 Media A A
Balaca balaların arzuları da balaca olur: çanta, oyuncaq, qələm, dəftər-kitab, pultlu maşın... Bir də bunlar kimsəsiz uşaqlardırsa, ata-ana qayğısından məhrumdurlarsa, onda bu kiçik arzuların hər biri dağ boyda olur. Adam o cür arzularla tanış olanda ürəyi parçalanır - söhbət əsl insanlardan, duyğusal insanlardan gedir.

Böyüklərə nə düşər? Kiçiklərin kiçik arzusuna qulaq vermək və özləri üçün xırda, kiçiklər üçün böyük olan o problemi həll etmək, onlara arzuladıqları şeyləri almaq, bu kampaniyada iştirak etmək.

Şükürlər olsun ki, bu ölkədə təkcə öz övladlarının iqstiqbalını yox, kimsəsiz uşaqları da düşünənlər var. Həm də çoxdur, minlərcədir. Sadəcə, təşkilatlanmayıblar, bir araya gəlməyiblər, faydalı bir kampaniyaya qoşulmayıblar.

"Yeni Müsavat" ailəsi kimsəsiz uşaqların kiçik arzularını reallaşdırmağı qarşısına məqsəd qoyan bu kampaniyaya məmnuniyyətlə qoşulur və kampaniyanın təşkilatçılarına minnətdarlığını bildirir.

ASAN xidmətin müvafiq təşəbbüsü belədir: Valideynləri olmayan uşaqlar ünvanlarını bilmədikləri və tanımadıqları insanlara asanmektub.az saytı vasitəsilə məktub yazır, arzularını bildiriblər.

İndi isə balaca balaların özlərinə görə böyük (əslində isə kiçik) arzularından bir neçəsini təqdim edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR