İnsanlara hürriyət, millətlərə istiqlal!

ANS-in İKİ JURNALI BAĞLANIB

4783 05.02.2010 09:04 Media A A

Bundan başqa, ANS-lə bağlı daha bir xəbərdə deyilir ki, media qrupuna daxil olan “Sarı” və “İstiot” jurnalları nəşrini dayandırıb, “El” və “Hesabat” jurnalları isə bağlanmaq üzrədir. Nəşrlərin hansı səbəbdən - maliyyə çatışmazlığından və ya hansısa başqa faktorlar üzündən bağlanması barədə sualımıza cavab verən ANS Şirkətlər Qrupunun baş prodüsseri Mirşahin Ağayevin sözlərinə görə, “Sarı” və “İstiot” jurnallarının bağlanması xəbəri doğrudur və bu barədə qərar ötən ilin dekabrında verilib: “Bu addımın əsas səbəbi həmin nəşrlərin özlərini maliyyələşdirə bilməməsidir. Ancaq baş redaktoru olduğum ”Hesabat"ın bağlanması xəbəri yanlışdır. Yaxın vaxtlarda bu jurnal oxucuların görüşünə gələcək. Nadir Bədəlovun rəhbərlik etdiyi “El” jurnalı da çıxmaqda davam edəcək".
ANS əməkdaşlarının işdən ayrılması xəbərinə gəlincə, M.Ağayev bildirdi ki, belə bir fakt yoxdur: “Görünür, adları çəkilənlərin bəziləri bağlanan nəşrlərin əməkdaşları olduğundan belə bir xəbərin ortaya çıxmasına əsas yaranıb. Ancaq deyə bilərəm ki, onlar ANS-in digər media quruluşlarında işlə təmin olunacaq və jurnalist fəaliyyətlərinə davam edəcəklər”.
Əməkdaşımızın son anda adı “istefa verənlər”in sırasında çəkilən Mahir Məmmədlidən aldığı məlumata görə, informasiya həqiqətə söykənmir: “Bu saat mən axşam növbəsinə işə gedirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR