İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqal yaşayan məşhurlar Bakıda barışdı -FOTO

3552 31.12.2016 20:51 Mədəniyyət A A

Bu gün Bakı Olimpiya Stadionunda keçirilən konsert proqramı üçün Bakıya gələn, daha öncə dəfələrlə qalmaqal yaşayan Demet Akalın ilə Murat Dalkılıç barışığa imza atıb.
 
Musavat.com xəbər verir ki, bu haqda Akalin sosial şəbəkədə məlumat yayıb:
"Hər kəsin bayramı mübarək. Yeni ilə küsülü girmədik. Bakıda barışdıq".
Akalin Bakıya həyat yoldaşı Okan Kurt, Murat Boz isə Merve ilə gəlib. 

Qeyd edək ki, cütlük arasında ilk mübahisə təyyarəyə görə yaşanmışdı. D.Akalın ilə M.Dalkılıç İstanbuldakı konsertlərinə çata bilmək üçün özəl təyyarə kirayəyə götürməyə qərar verib. Amma Murat Dalkılıç həyat yoldaşını və yaxınlarını da Bakıya gətirmək istədiyini söyləyincə mübahisə yaşanıb. 



Demet Akalın isə birlikdə uçmaqdan imtina edib və ayrı bir təyyarə kirayəyə götürüb. Murat Dalkılıça da İstanbuldakı konserti təşkil edən şirkət özəl təyyarə sifariş verib. 

Daha sonra cütlük afişaya görə dalaşıb. Murat afişada Demetdən  sonra olduğu üçün narazılıq edib. İfaçının bu addımı Demeti özündən çıxarıb və fikirlərini sosial şəbəkədə paylaşıb:  “Ərköyünlük pul etməz. Təcrübə deyilən bir şey var. Əlbəttə ki, elanda arxamda qalacaqsan, yox daha nələr... Nə oldu, oğlum, sənə? Özünə gəl”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR