İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğluna Dağıstanın "Əməkdar incəsənət xadimi” fəxri adı verilib


Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 25 fevral 2015-ci il tarixində Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfirliyində olub. Məqsəd çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir P. Bülbüloğluna Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.


Görüşdə səfir P. Bülbüloğlu ilə R. Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
 
R. Abdulatipov P. Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.
Şərh yoxdur