İnsanlara hürriyət, millətlərə istiqlal!

AYGÜN-RÖYA «DÖYÜŞÜ»nün YENİ RAUNDU

3621 29.05.2009 18:36 Mədəniyyət A A

“Bu mahnı ətrafında gəzən boş söhbətlərdən artıq cana gəldim. Ona görə də mahnının sözlərinin müəllifi kimi bu məsələyə aydınlıq gətirmək istəyirəm. İş burasındadır ki, bu mahnı yazılanda mən heç Röyanın mətbuat katibi deyildim. Biz bəstəkar Ramalla yenicə iş birliyinə başlamışdıq. İlk mahnımız Röya üçün yazdığımız “Fərəh” mahnısı oldu. Mahnı dinləyicilər tərəfindən sevildiyindən Röya mənimlə Ramaldan daha bir mahnının yazılmasını istədi. O zaman bu, hələ o vaxt sadəcə “Şən qızam” adlandırdığım mahnı yazıldı. Cəmi yarım saat içində elə Abbas Bağırovun studiyasındaca mən bu mahnıya söz yazdım. Bu isə Röyanın Toliklə iş birliyinə son qoyduğu, Tolikn Aygünlə yenicə işə başladığı ərəfəyə düşmüşdü. Mahnının hazır versiyasını studiyada eşidən Tolik Ramala bu mahnını Aygünə verməyini xahiş edir. Bu mahnı ilə guya, Aygün Röyanın “Mən elə mənəm” mahnısına cavab vermək istəyirdi. Ramal da icazə üçün mənə zəng vurdu. Eşidəndə ki, mahnını A.Kazımovaya vermək istəyir, mən etiraz etdim. Bəli, məhz mən ”“ mahnının sözlərinin müəllifi Ülviyyə Alovlu, bu mahnının A.Kazımovanın oxumasına icazə verməmişəm! Hətta, Ramalın A.Kazımovaya verdiyi başqa bir mahnıya da söz yazmaqdan imtina etmişəm. Söhbət “Gülər” mahnısından gedir. Ramalın solisti olduğu “A-trio” qrupunun repertuarına daxil olan bu mahnını Ramal A.Kazımovaya verəndə mahnının yeni sözlərinin olmasını istədi və bu münasibətlə mənə müraciət etdi. Mən o mahnıya da söz yazmaqdan imtina etdim. Çünki A.Kazımovaya mahnı yazmaq fikrim heç zaman olmayıb. Bagiranın isə bu mahnıya heç bir aidiyyatı yoxdur. Biz Ramalla ona “Ərə getmirəm” adlı mahnı yazmışdıq. İndi onu başqa bir gənc müğənni ifa edir. Qoy, gedib o mahnının da davasını aparsın! Əgər, “Şən qızam” mahnısı oxunmamış qalıbsa və Ramal Bagiraya onu Röyadan xəbərsiz oxumağa veribsə, bu hələ o demək deyil ki, mahnı Röyanın deyil, Bagiranındır. Röyanın mart ayında Heydər Əliyev Sarayında solo konsertə hazırlıq ərəfəsində biz Röyanın vaxtıkən aldığı, amma hələ ifa etmədiyi mahnıları gözdən keçirəndə, bu mahnını da ifa etməsini qərara aldıq. Röyanın səhnə fəaliyyətinin 10 illiyinin tamam olması münasibəti iləsə mən mahnıdakı “Şən qızam” ifadəsini dəyişib “Röyayam” etdim. Beləcə, mahnının adı da “Röyayam” oldu.
Bir daha vurğulayiram: Mən bu mahnını yalnız Röya Ayxan üçün yazmışam!

Öz növbəsində A.Kazımova isə görünür, Röya üçün yaman darıxıb! Az qala, hər bir verilişini, hər bir çıxışını Röyaya həsr edir. Hətta, bu münasibətlə, hər zaman nifrət etdiyi, özünün kopiyası olan Bagiradan da istifadə etməkdən çəkinmir! Görünür, Röyanın sabit xoşbəxt ailə səadəti onu yamanca narahat edir. Hər cəhdlə onu tarazlıqdan çıxarmaq istəyir. Amma çətin ki, o buna nail olsun. Qorxuram, ara yerdə A.Kazımova Bagira kimiləri “ulduz” eləsin!

Röya bu mahnını oxuyanda heç bilmirdi ki, onu gizlində Bagira da oxuyub.

Mahnının sözlərindən də görünür ki, söhbət artıq sevilən və məşhur müğənnidən gedir. Bagira hara, sevilən və məşhur müğənni hara?

A.Kazımova isə mahnını eşitdiyini ümumiyyətlə yalan deyir. O deyir ki, mahnıda özünütərif çoxdur. Guya, “Mən Aygünəm” mahnısında Aygün özünü pisləyir?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR