İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızından yeni mahnı: “Ürəyimin sahibi var” - VİDEO

3541 26.12.2016 20:59 Mədəniyyət A A
Müğənni Afət Fərmanqızı yeni mahnısını təqdim edib. 

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Aqşin Ferata məxsus bəstə “Ürəyimin sahibi var” adlanır. 

Yeni yaradıcılıq işindən danışan sənətçi saytımıza açıqlamasında bildirib ki, bəstəni öz doğum gününə hədiyyə edib: “Mahnını Aqşin bəy mənə təqdim etdi, dinlədim və çox bəyəndim. Aqşin Ferat eyni zamanda məşhur "Xınayaxdı" adlı mahnımın bəstəkarı və sözlərinin yazarıdır. Bəyəndiyim musiqiçilərdəndir. Ayın 31-də mənim doğum günümdür. Bu mahnını özümə hədiyyə etmişəm. Bu arada Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Xalqımıza firavan həyat, gözəl günlər arzulayıram”. 

Könül,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR