İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Pompeo Qolan təpələri ilə Krım arasındakı situasiyanın bir olmadığını vurğuladı

1229 24.03.2019 01:10 Son xəbər A A

ABŞ dövlət katibi Maykl Pompeo Ağ Evin İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımaq barədə niyyətinin Krımdakı situasiya ilə eyni olmadığını bildirib.

M.Pompeo bu məsələdə ikili standartların olması barədə fikirlərin doğru olmadığını söyləyib.

“Prezidentin Qolan barədə qərarı reallığın tanınması və İsrailin müdafiəsi üçündür. Bu ki tamamilə aydındır”,- deyə dövlət katibi “Sky News” kanalına verdiyi müsahibədə deyib.

Ağ Ev administrasiyasından Donald Tramın gələcək həftə müvafiq sənədi imzalayacağı xəbərləri gəlir.

Qeyd edək ki, 1944-cü ildən Suriyaya məxsus olan Qolan təpələri 1967-ci ildə “Altıgünlük müharibə”dən sonra İsrail tərəfindən işğal edilib. 1981-ci ildə Knesset (parlament) birtərəfli qaydada burada İsrailin suverenliyini elan edib.

Bu işğal aktı BMT Təhlükəsizlik Şirası tərəfindən tanınmayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR