İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşallah Əhmədova 30 dəqiqə vaxt verildi- borcunu ödəməsə, həbs ediləcək

2702 24.01.2017 10:58 Son xəbər A A
Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçuMaşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədova son söz verilib. O, son söz deməkdən imtina edib.

Maşallah Əhmədov zərərçəkmiş Yusif Əzizova 50 min manat və 2 illik maaşını təklı edib: "Xahiş edirəm ki, işin düzələn tərəfinə gedək. Ayda 500 manat maaş alıram".

Hakim isə M.Əhmədovun yalan danışdığını bildirib.

M.Əhmədov yalan danışmadığını söyləyib: "Günün birinci yarısına qədər işi həll edəcəm. Mənə vaxt verin. Sabaha qədər 50 min manat verə bilərəm. Qalan məbləği isə 2 illik maaşımı verəcəm. Allaha and olsun ki, ondan bir qəpik də pul almamışam. Pul daşlara qoyulub".

Yusif Əzizov isə 128 min manat pulunu tələb edib: "Mən ona vaxt verərəm. Amma şərtim budur ki, evini girov qoysun, ona razıyam. Lakin Maşallah Əhmədovun təklifi ilə razı deyiləm. Mən öz şəxsiyyətimi və qürurumu həmin puldan üstün tuturam. 1000 gündür mən ona yalvarıram ki, pulumu qaytar".

Maşallah Əhmədova yarım saat vaxt verildi. Proses davam etdiriləcək.

Xatırladaq ki, prokuror M.Əgmədovun törətdiyi əməllərə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. 
 
M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərinpulunu qaytarmadığı deyilir.
 
Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
 
Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
 
İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR