İnsanlara hürriyət, millətlərə istiqlal!

Marqarita Simonyan: “Əgər Rusiyada da hər gün mitinq olsa Ermənistandakı vəziyyət alınacaq”

1719 12.09.2018 14:15 Dünya A A

Rusiyanın, daha doğrusu, Kremlin qara təbliğat kanalı “Russia Today”-in baş redaktoru Marqariya Simonyan Rusiyada pensiya islahatlarına etiraz üçün təşkil olunan mitinqlər barədə danışıb və maraqlı mülahizələr irəli sürüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni əsilli jurnalist mitinqlərə gənc insanların əyləncə xətrinə gəldiyini iddia edib:
“Yeniyetmə etirazlarında heç bir təşvişdoğurucu hal yoxdur. Bu yaşda onlar üçün hər şey normal sayılır”.

Marqarita Simonyan gənclərin mitinqlərdəki iştirak istəyinin maşın sürmək, araq içmək, bədəndə döymə şəkil vurdurmaq arzusu ilə müqayisə edib.

“Ən dəhşətlisi ailəli, iş-gücü olan, ahıl insanların qoşulmasıdır. Hakimiyyət üçün bu həqiqətən xəbərdarlıq zəngidir. Lakin əgər həmin mitinqlərdə “böyüklər” çox olsa və tez-tez təşkil edilsə bu konkret həyəcan siqnalıdır. Bu hər günə və hər şəhərə çevrilsə o zaman İrəvanı gözünüzün qabağına gətirin”,- Kremlin qeyri-rəsmi sözcüsü özünün Telegram sosial şəbəkəsindəki kanalında əslində hakimiyyətin narahatlığını dilə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR