İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarova: “Azərbaycanla Rusiya arasında etibarlı əlaqələr mövcuddur”

783 19.04.2018 19:42 Siyasət A A

Rusiya Azərbaycanla münasibətlərə öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi baxır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyən Rusiya XİN rəsmisi iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafından danışıb: "Bu əməkdaşlığın əsasında bərabərhüquqluluq prinsipi, mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır. İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur. Təkcə ötən il ərzində dövlət başçılarımız iki dəfə görüşüblər. Rusiyanın regionları ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Rusiyanın 17 subyektinin Azərbaycanla iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqaviləsi var".

M. Zaxarova Rusiya ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində əlaqələrin yaxşılaşdığını söyləyib: "2017-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə 29 faiz artaraq, 2,6 milyard ABŞ dolları olub. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşunun həcmi də artıb. Azərbaycan bazarında 600-dən çox Rusiya-Azərbaycan birgə müəssisəsi fəaliyyət göstərir. Bunlardan 200-ə yaxın Rusiya kapitallıdır. Rusiyanın Azərbaycana qoyduğu birbaşa sərmayənin həcmi 1,5 mlrd. dollardır. Enerji sahəsində birgə ikitərəfli nəhəng layihələrin işlənməsi ilə bağlı qarşılıqlı ciddi maraq müşahidə olunur”.

O qeyd edib ki, təhsil sahəsində də ikitərəfli əlaqələr inkişaf edir. “Rusiyada Azərbaycandan 15 minə yaxın tələbə təhsil alır. Bunların bir hissəsi dövlət xətti ilə, digərləri isə kommersiya xətti ilə təhsil alırlar. Bakıda Moskva Dövlət Universitetinin, Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Digər nüfuzlu Rusiya universitetlərinin Bakıda filiallarının açılması ilə bağlı məsələlərə baxılır. İki ölkə arasında qarşılıqlı olaraq mədəniyyət ilinin keçirilməsi ilə bağlı razılıq əldə olunub".

M. Zaxarova mayın 10-da Bakıda Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan Rusiya və Azərbaycanın birgə tarixi-sənədli sərgisinin keçiriləcəyini də bildirib. Heydər Əliyevin Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığının əsasını qoyduğunu söyləyən Rusiya XİN sözçüsü dövlət başçılarının iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını nəzərə çatdırıb. Onun sözlərinə görə, Rusiya bu münasibətlərə əsas xarici siyasət prioritetlərdən biri kimi baxır: “Biz inanırıq və əminik ki, İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi bu kursun davamının əsasıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR