İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici turistlərdən qorxduğu üçün pulsuz bilet verdi

1169 24.01.2017 05:04 Maraqlı A A
On minlərlə turist 23 yanvarda Tokionun Sindzyuku-qeyen parkına pulsuz giriblər. 

Buna bilet satıcısının xaricilər qarşısında qorxusu səbəb olub. Lenta.ru saytının xəbərinə görə, 2014-cü ildə xarici turistlərdən biri bilet satıcısının üstünə qışqırıb. Bu insident yaşlı park işçisini o qədər qorxudub ki, bundan sonra xaricdən gələn ziyarətçilərdən pul almayıb. O, xarici ziyatərçilərə havayı bilet verir, daha sonra isə bu barədə məlumatı bazadan silirmiş. 2016-cı ilin sonunda Sindzyuku-qeyen parkının başqa bir işçisi bu durumu araşdırıb və məlum olub ki, 2014-cü ilin dekabrından 2016-cı ilin dekabrına qədər 160 min əcnəbi turist parka pulsuz daxil olub. 

Günahkar bilet satıcısını bir aylıq məvacibi məbləğində cərimələyiblər. İctimaiyyətə onun etdiyi əməllər məlum olanda isə o, işdən çıxıb və dəymiş ziyanın öz yığımı hesabına ödənilməsini istəyib. 2016-cı ildə sözügedən parkı 2 milyon nəfər ziyarət edib. 


Selcan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR