İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidenti ağladan qadın – Mişel Obama barədə bilinməyənlər...

11432 16.01.2017 10:30 Maraqlı A A

Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri də ABŞ prezidenti Barak Obamanın Çikaqoda təşkil olunmuş vida mərasimində göz yaşı tökməsi olub. Obama  vida çıxışı zamanı Amerika xalqına demokratiyanı qorumağı, hadisələrə başqalarının baxış bucağından baxmağı və diqqətli olmağı tövsiyə edib. Həmçinin Obama bildirib ki, Amerika 8 il əvvəlki göstəricilərdən indi daha yaxşı vəziyyətdədir.


Amma bu çıxışı daha da sentimental edən cəhət prezidentin öz xanımı Mişel Obamaya təşəkkür etməsi olub. O, hər bir amerikalının Ağ Evi öz evi kimi görməsində həyat yoldaşının böyük rolu olduğunu dedi. Tədbiri izləyənlər xatırlayır: gurultulu alqışlar, Mişelə təşəkkür dolu sözlər, sonuncunun kövrələrək ağlaması... Bu, bir çox amerikalı üçün olduqca sentimental səhnələr idi və tarixdə özünə yer etdi. 

Amma bununla yanaşı, Mişel Obamanın da  ABŞ-ın birinci xanımı kimi son çıxışı diqqət çəkdi. O, çıxışı zamanı əsasən mühacir övladları olan gənclərə üz tutub.

“Bu ölkənin sizə məxsus olduğunu bilməlisiniz. Əgər siz və ya ailəniz mühacirdirsə, Amerika ənənəsinin bir hissəsi olduğunuzu bilməlisiniz. Yeni mədəniyyətlər, istedadlar, ideyaların ölkəyə axını Amerikanı dünyada möhtəşəm bir ölkəyə çevirib”- deyə birinci xanım bildirib.

Ağ Evdə onun 2015-ci ildə başlatdığı məktəb direktorlarının şərəfləndirilməsi ənənəsinə əsasən keçirilən tədbirdə Mişel Obama qəhərlənərək öz uşaqlığından danışıb, atasının uşaqlarının təhsil alacağına dair ümidlərindən bəhs edib: “Bu, kim olursa olsun, siyasətçi, valideyn, keşiş - biz hamımızın gənclərə ötürəcəyimiz şey ümiddir. Ümidimiz gələcəyə və ağır əməyin nəticə verdiyinədir”.

Vida mərasimində bu cür sentimental bir səhnənin yaradıcısı olan Mişel Obama barədə bir xatırlatma yerinə düşür. Kimdir prezidenti ağladan, onun hisslərini gözündən axıdan bu qadın? Etdiyi hansı hərəkətlər onu amerikanların və ərinin gözündə sevimlinin sevimlisi edib? 

Image result for Michel Obama

“Yeni Müsavat” eks birinci ledinin bu illər ərzində etdiyi hərəkətlər, verdiyi açıqlamalar və başına gələn hadisələrin dosyesini hazırlayıb. 

Hüquq doktoru, Harvard məzunu olan Mişel... 

Öncə bu qadının tərcümeyi-halı barədə. Mişel Obamanın qızlıq soyadı La Von Robinsondur. Mişel 1964-cü il yanvarın 17-də Çikaqoda dünyaya gəlib. 1985-ci ildə Prinston Universitetini sosiologiya ixtisası üzrə, 1988-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib. Mişel Obama hüquq doktorudur. İlk iş yeri “Sidli Ostin” hüquq firması olur. 

Image result for Michelle Obama

Mişel burada marketinq və intellektual mülkiyyət qanunvericiliyi sahəsində ixtisaslaşır. Barak Obama ilə də o, firmada işləyərkən tanış olur. Və bu tanışlıq evliliklə nəticələnir. Barak Obama qaradərili sevgilisi hüquqşünas Mişellə 1992-ci il oktyabrın 3-də evlənirlər. Onların 2 qız övladları var - Maliya və Saşa. 

Image result for Michelle Obama

Mişel 1992-ci ildə Çikaqo merinin köməkçisi, daha sonra isə meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrində çalışır. 1993-96-cı illərdə qeyri-kommersiya qurumlarında çalışan xanım Obama daha sonra Çikaqo Universitetində dekan köməkçisi olur. 2002-ci ildə Mişel Obama həmin universitet nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktor təyin olunur. 2005-ci ildən həmin mərkəzin vitse-prezidentidir. 

Ağ turpla rəqs edən birinci ledi

Birinci lediliyi dönəmində Mişel Obama bir çox jestləri və səmimi hərəkətləri ilə amerikalıların qəlbini fəth edib. Onlardan biri Amerikanın birinci ledisinin çəkdiyi qeyri-adi video olub. Sözügedən videoda birinci ledi əlindəki ağ turpla rəqs edib. Videonu Ağ Evin saytında paylaşan xanım Obama 5 milyona yaxın baxış toplayıb. Videonun çəkilməsinə səbəb amerikan aktyor İman Krossonun onlayn konfrans zamanı birinci lediyə verdiyi sual olub. O, Mişel Obamanın yer qazarkən nə qədər kalori xərclədiyini soruşub. O, bununla birinci ledinin bağbanlığa olan marağına işarə vurub. 

Buna cavab olaraq birinci ledi əlində turpla, hip-hop janrında rəqs edib və içində “Ey, birinci ledi bilmək istəyir... Mən nə qazıram” sözlərinin olduğu rep oxuyub. 
Amma bu, onun “əyləncəli qadın” olduğunu göstərən ilk detal deyildi. 

Mişel Obama, qonaq olduğu şou proqramlardan birində hər kəslə bir yerdə rəqs edib. Belə ki, Ellen Degeneresin proqramına qonaq olan xanım Obama, verilişin ortalarında səhnəyə çıxaraq rəqs edən qrupa qatılaraq onlarla birgə rəqs edib və izləyicilərin rəğbətini qazanıb.

Image result for Michelle Obama

M.Obama “Gəlin, hərəkət edək” (“Let’s Move!”) adlıq sağlamlıq kampaniyasının tanıtımı üçün tanınmış cizgi film qəhrəmanı “Big Bird” ilə kameralar qarşısına keçib. Birinci xanım, çəkilən video çarxda idmanla məşğul olmağın müsbət cəhətlərindən danışıb. Xanım Obamanın 2010-cu ilin fevralında başladığı kampaniyaya Beyons və Devid Bekhem kimi məşhur ulduzlar da dəstək verir.

Mişeli kişi olmaqda da suçlayıblar, amerikalıları  acından öldürmək istəyində də... 
Amma bütün bunlar ona qarşı tənqidləri azaltmayıb. Amerikada da Mişeli sevməyən və onun etdiyi hər hərəkətdə bir səhv axtaranlar ordusu var. “O, burnunu çox dik tutur, geyimi pisdir, sadə insanlara məhəl qoymur”, - mühafizəkarlar Mişeli belə ittiham edirlər. “New Yorker” jurnalına müsahibəsi zamanı Mişeli sözün əsl mənasında alçaltmışdılar. Jurnalın üz qabığında Mişel əllərində avtomat olan “Qara panterlər”lə yanaşı dayanmışdı. Mühafizəkar KİV-də, həmçinin, sosial şəbəkələrdə Mişelin istənilən addımı baş-ayaq, səhv yozulurdu. Misal üçün o, piylənməyə qarşı Ağ Evin həyətində bostan düzəltdi və oradan çəkdiyi fotosunu paylaşdı. Lakin onun bu addımı “birinci xanım ağ amerikalıları acından öldürmək arzusundadır” fikirləri ilə qarşılaşdı.

Image result for Michelle Obama

Amerikalıların mühafizəkar kəsimi Mişel Obamaya nifrət edirdi. Nə etməsindən asılı olmayaraq, irad üçün əsas tapırdılar. Məsələn, düzgün geyinmir, hər yerə «burnunu soxur» və s. Piylənməyə qarşı proqramın təbliğinə başlayanda isə onu ağdərili amerikalıları acından öldürməyə çalışmaqda ittiham etmişdilər.

Aleks Cons adlı bir radio aparıcısı isə bir az da uzağa gedərək Mişel Obamanın əslində kişi olduğunu, sonradan cinsiyyətini dəyişdiyini iddia etmişdi. Aparıcı Mişelin qızlarının da ona qətiyyən oxşamadığını bildirmişdi.

Amerikanın birinci xanımı Mişel Obama kökəlmə əleyhinə apardığı kampaniyanın ad günü münasibətilə bir-birindən maraqlı işlərə imza atıb. Bu da ona qarşı qeyri-səmimi olmaqla bağlı suçlamaları artırıb...



Mişel Obama deyəndə yada düşən mənzərələrdən biri də onun qısqanclığıdır. Nelson Mandelanın vida mərasiminə qatılan ABŞ prezidenti Barak Obamanın Danimarka baş naziri ilə səmimi görüntüləri dünya mətbuatının gündəminə oturmuşdu. Mərasim zamanı yanaşı oturan Danimarka baş naziri Helle Thorning-Şmidtlə Barak Obama uzun müddət bir-birlərilə səmimi söhbət ediblər. Ancaq Mişel Obama sarışın baş nazirlə əri arasındakı bu səmimiyyətdən o qədər də məmnun qalmayıb. ABŞ-ın birinci xanımı buna dözməyərək Obama ilə Danimarka baş nazirinin arasında oturub. 

Mişel Obama bir neçə dəfə özü haqqında bilinməyən şeylərdən danışıb və qızları ilə birgə prezident əri Barak Obamanı böyük qulaqlarına görə doladığını deyib. Birinci ledi növbəti etiraflarında isə deyib ki, həyat yoldaşı iş səfərlərində olanda iti Bo ilə yatır.

Image result for Michel Obama

Yanında iPodu olmadan heç yerə getmədiyini deyən Mişel uşaq ikən ən sevimli oyuncağının geniş “Barbi” kolleksiyası olduğunu da vurğulayıb: “Hər axşam saat 18:30-da ailəliklə axşam yeməyi yeyirik və yeməyin axırında Allaha ”uzun və sağlam yaşamağımıza icazə ver" deyə dua edirik. Mənə özümü günahkar hiss etdirən ən böyük günahım zövqlə yediyim kartof qızartmasıdır. Ağ Evdəki komandamla iclasda oturanda etdiyim ilk iş ayaqqabılarımı çıxarmaq olur. Barak ilə toy mahnımız Nat King Colenin oxuduğu “Unforgettable” mahnısı idi". 

ABŞ-ın birinci xanımı Mişel Obamanı digər birinci ledilərdən fərqləndirən bir başqa cəhət isə onun bostançılığa meyil etməsi olub. O, Ağ Evin bağçasında bostan qurub və Ağ Evin mətbəxinə tərəvəzlər ordan gətirilib. Hətta xanım Obama zaman-zaman öz aşpazlıq bacarıqlarını nümayiş etdirməkdən də çəkinməyib. Məsələn, bir dəfə o, ənənəvi acı Koreya qəlyanaltısı olan kimçxinin hazırlanması ilə bağlı öz reseptini geniş ictimaiyyətlə bölüşüb, tvitter-dəki mikrobloqunda bir neçə banka kimçxinin şərhlərlə müşayiət olunan hazırlanma qaydasının fotoşəkillərini yerləşdirib. Məlum olub ki, ABŞ-ın birinci xanımı da koreyalılar təki əsas inqridient kimi Çin kələmi, ya da “Napa” adlandırılan kələm yarpağını götürür.

“Prezident kələmi” yüngülvari sarı çalara malikdir. Ona görə ki, inqridientlər və hazırlanma qaydası alınan məhsulun həddindən artıq kəskin olmaması üçün bir qədər Qərb zövqünə uyğunlaşdırılıb.

Onun bu cür fərqli cəhətləri isə hər zaman prezident əri tərəfindən  sevgi dolu cavablar alıb. Məsələn, Barak Obama həyat yoldaşı Mişel Obamanı “Sevgililər günü” münasibəti ilə təbrik edərkən onu xeyli tərifləyib: “Prezident olarkən çox mühüm qərar verdim. Ancaq həyatım boyu verdiyim ən önəmli qərar Mişel Obama ilə evlənməyim oldu. Mişel, səni xoşbəxt etmək üçün hər şeyi edəcəyəm”.

Image result for Michel Obama

 Mişel Obama isə həyat yoldaşına göndərdiyi sevgi mesajında fikirlərini şeirlə izah edib: “Güllər qırmızı, bənövşələr də mavi, sən prezident, mən də sənin sevdiyin”.

M.Obama bir neçə dəfə həyat, sevgi və ailə barədə fikirlərini mətbuatla bölüşüb. Oradakı bir neçə maraqlı cümləyə diqqət: “Yatağa küsülü girməmək möhkəm nikahın mühüm qaydalarından biridir. Hərçənd, Barak evə gec gələndə mən rahatlıqla yatağa gedirəm. Amma biz bir-birimizlə çox küsülü qalmamağa çalışırıq. Bəzən mənə də hər bir qadın kimi elə gəlir ki, ərim məni daha sevmir. Bunu hiss edəndə ona bu barədə deyirəm və hər dəfə o məni fikrimdən daşındırır.Özünüzü içində rahat hiss etdiyiniz paltarlar geyinin. Onda digərlərinin də xoşuna gəlməyə başlayacaqsınız. Yadınızda saxlayın ki, hamıya xoş gəlmək mümkün deyil. Stresslə mübarizə apara bilmirəm. Hər xırdalığı özümə dərd edirəm. Barak isə, hətta ən mürəkkəb vəziyyətlərdə də sakitliyini qoruyub saxlayır. Ümumiyyətlə, Barak əmin olduğuna başqalarını da inandıra bilir”.

ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişelə qeyri-adi Yeni il hədiyyəsi edib. Belə ki, prezident B.Obama öz xanımına Havay adalarında dostları ilə istirahət etməyə icazə verib. Və məzuniyyətini bitirən prezident onu Havay adalarında dostlarıyla yalqız buraxaraq, geri dönüb. Bu barədə “Associated Press” agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat verib. 

ABŞ prezidentinin nümayəndəsi bildirib ki, birinci ledi - Mişel Obama son iki həftə ərzində dincəldikləri Havay adalarından əri və onların iki qızları ilə birlikdə evə qayıtmaq əvəzinə bu kurort məkanında qalıb. 

Image result for Michelle Obama

Obama ailəsi son dövrlərdə daha çox fərqli səbəblərlə gündəmə gəlməyə başlayıb. Agentlik qeyd edir ki, iki həftəlik məzuniyyət zamanı prezident Obama dəfələrlə qolf oynayıb və dəbdəbəli məclislərə qatılıb.

2013-cü il dekabrın sonunda amerikalı jurnalistlər prezident Obamanın öz həyat yoldaşı ilə münasibətlərində ixtilaf yaşadığından şübhələnmişdilər. Amerikalı tabloid National Enquirer adının açıqlanmasını istəməyən mənbəyə istinad edərək, prezidentin və onun həyat yoldaşının hazırda müxtəlif otaqlarda yaşadıqlarını da iddia etmişdi.

Sevinc TELMANQIZI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR