İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ölümündən" 30 il sonra geri qayıdan tarixi qəhrəman

3244 19.01.2017 22:39 Maraqlı A A

Hamımıza məlumdur ki, II Dünya müharibəsi 1939-1945-ci illəri əhatə edib. Əvvəlcə Xerosima, daha sonra Naqasaki Yaponiyanın II Dünya müharibəsində məğlubiyyətinə və daha sonra təslim olmasına səbəb olmuşdu. Lakin bəziləri üçün döyüş bitmiş sayılmırdı...

Axar.az xəbər verir ki, yapon imperatorundan aldığı əmir və biraz da şəxsi ambisiyalarından dolayı orduya mənsub Hiroo Onoda adlı əsgər təslim olmadı və onun bu müharibəsi 1974-cü ilə qədər davam elədi.

Ailəsi onun öldüyünü düşünərək 1959-cu ildə simvolik bir məzar belə hazırlatdırır. Ancaq Onoda 30 il sonra evinə dönməyi bacarır.

22 yaşlı yapon əsgəri Hiro Onada Filippindəki Lubanq adasında təyin edilir. Söhbət 1944-cü ildən gedir və bu zaman döyüşün ən qızğın dövrü idi.

Ona və komandasına verilən digər tapşırıq isə daha da çətin idi: Düşmənə əsla təslim olmayın, lazım gələrsə öz həyatınıza son qoyun.

1945-ci ilin fevralında müttəfiq qüvvələrə aid əsgərlər adaya gəlir. Yapon əsgərlərinin çoxu ya təslim olmağı, ya da özünü öldürməyi seçir.

Adada Onoda və daha 3 yapon əsgəri var idi. Onlar gözlənildiyi kimi təslim olmağı rədd edirlər. Ancaq özlərini də öldürmürlər. Təpələrdə məskunlaşaraq mübarizələrini partizan hərəkatı formasında davam etdirirlər. Yaşaya bilmək üçün adada yetişən banan, hindistan qozu ilə qidalanırlar.

1945-ci illərin sonlarında döyüşün bitdiyini təyyarələrdən atılan broşürlərdən öyrənirlər. O broşürlərdə onların təslim olmaları tələb edilirdi. Yapon əsgərlər düşünərək qərar verirlər: broşürlər onları aldatmaq üçün, döyüşməkdən imtina etmələri üçün atılırdı. Bu fikrə inanan Onoda və digər 3 əsgər döyüşün bitməsinə rəğmən mübarizəyə davam edirlər.

1950-ci ildə onlardan biri təslim olur. 1954-cü ildə isə adada aparılan axtarış əməliyyatı zamanı onlardan daha biri öldürülür.

Yalnız Onoda və Kinsiçi Kozuka həyatda qalmağı bacarmışdı. Kozuka 1972-ci ildə polis tərəfindən vurulur. Bundan sonra təkbaşına qalan Onoda Lunanqda yaşayan bir əfsanəyə çevrilir.

Gənc macəraçı Norio Suzuki zamanını Onodanı tapmağa həsr edir. Nəhayət 1974-cü ilin 20 fevralında Onoda və Suzuki Lubanq meşələrindən qaçır. Onlar bu zaman iki sadiq dosta çevrilirlər.

Suzuki Onodaya Yaponiyanın onun için narahat olmasından bəhs edir. Ancaq Onoda qərarlı idi. Yüksək rütbəli birindən əmr gəlməyənə qədər təslim olmayacaqdı. Suzuki bundan sonra Yaponiyaya qayıdır. Hökumətlə əlaqə saxlayır və Onodanınkomandiri Yoşimi Tniquçini tapır. Suzuki və Taniquçi birlikdə 9 mart 1974-cü ildə Lubanqa gəlir.

Qarşılaşdıqları zaman Taniquçi Onodaya gözlənilən əmri verir. Beləliklə Onodanın 30 il davam edən mübarizəsi sona çatır. Üç gün sonra Onoda Filippinin prezidenti Ferdinand Markosun hüzurunda qılıncını verərək təslim olur və 30 il boyunca adada etdiklər üçün üzr istəyir. Onoda 30 il içində təqribən 30 nəfəri öldürmüşdü.

Bundan sonra Yaponiyaya geri dönən Onoda qəhrəman kimi qarşılanır. Lakin xalqın əfsanəsi artıq Yaponiyada yaşamaq istəmədiyinə qərar verir və Braziliyaya gedir. 10 il burada qaldıqdan sonra yenidən Yaponiyaya qayıdır və bir məktəb açaraq çətin şərtlər altında necə həyatda qalmaq lazım olduğunu öyrədir. Onoda 2014-cü ildə ölür. Bu zaman onun 91 yaşı var idi.

Bəs Norio Suzukiyə nə olur? Norio Suzuki də azı Onoda qədər maraqlı bir adam idi. 1986-cı ildə Himalay dağında qar adamı əfsanəsi kimi tanınan Yetini axtararkən qar uçqunu altında qalaraq həyatını itirir.







Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR