İnsanlara hürriyət, millətlərə istiqlal!

Kök qadınlar arıq həmcinslərindən daha az qazanır

1364 16.01.2017 06:08 Maraqlı A A
Tədqiqatlar göstərir ki, şişman qadınlar kök kişilərə nisbətən, daha çox ayrı-seçkiliyə məruz qalırlar. Exeter Universitetinin alimləri, artıq çəkili qadınlara təqdim olunan imkanların daha az olduğunu və onların daha az pul qazana bildiklərini müəyyənləşdiriblər.

Onlar 40 və 70 yaş arası 120 min Britaniya Biobank iştirakçısının, bədən kütləsi indeksinə aid 70 genetik fərq aşkar ediblər. kök adamlar ixtisaslı olduqları halda belə, iş tapmaqda çətinlik çəkirlər. “Qadını kök edən genetik fərq həm də onu bir az kasıb edir” insan genetikası üzrə professor Tim Frayling söyləyib.

Araşdırmaya əsasən, başqa səbəblə deyil, sırf genetikaya görə 6 kq kök olan qadınlar, eyni hündürlükdə və daha arıq qadınlara nisbətən ildə 1867 dollar az qazanırlar.

Nashvilledə yerləşən Vanderbilt Universitetinin dosenti Jennifer Bennett Shinallın apardığı tədqiqata əsasən, kök qadınlar normal çəkili qadınlarla müqayisədə daha çox səhiyyə, yemək hazırlanması və uşaq baxımı vəzifələrində çalışırlar, nəink, müştərilərlə münasibətdə olacaq işlərlə.

Bundan başqa o müəyyən edib ki, normal çəkili qadınlarla müqayisədə şişman qadınlar “piylənmə cəzasını məvacibləri ilə ödəyirlər". Bunun bir səbəbi fiziki güc tələb edən işlərə müştəri münasibətləri işlərindən daha az maaş verilməsi olsa da, Shinall müəyyən edib ki, müştəri xidmətləri işində çalışan kök qadınlar belə, digərlərindən daha çox əmək haqqı alırlar.


Selcan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR