İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlərinə qar içindən açdıqları tuneldən girdilər

2568 17.01.2017 06:04 Maraqlı A A
Konyanın Hadim bölgəsində qarın qalınlığı 3 metrə qədər yüksəldiyi üçün yollar bağlanıb. Bəzi insanlar isə evlərinə qar içindən açdıqları tuneldən girib çıxırlar. 

Əhalisi 13 min nəfər olan kənddə gündəlik həyat dayanma nöqtəsinə gəlib. Konya Böyükşəhər bələdiyyəsi və Hadim bələdiyyəsi heyəti bağlanan yolları hərəkətə açmaq üçün əllərindən gələni edirlər. Amma qar bəzi evlərin qapısını belə açmağa imkan vermir. Ona görə də bəzi insanlar qardan bağlanan evlərinə açdıqları tuneldən girib çıxırlar. 

Bəziləri isə evlərinə damdan girmək məcburiyyətində qalıblar. Evləri və balkonları qarla bağlı olanlardan bəziləri də qarın üstündə çay içərək, qışın gözəlliyinin dadını çıxarır. 


Selcan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR