İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbdürrəhman bəy Düdənginskinin oğlunun və arvadının qaranlıq taleyi... - FOTO

6099 23.09.2014 17:25 Maraqlı A A
II Dünya müharibəsində Almaniyada Azərbaycan legionuna rəhbərlik etmiş Əbdurrəhman bəy Dudənginskinin həyati və ölümü sirli və mübahisəli məqamlarla doludur. Əbdurrəhman bəy haqda tapılan, yazılan hər yeni məlumat böyük maraq doğurur.

Əbdürrəhman bəy Fətəlibəyli əslən Naxçıvanın Düdəngə kəndindən olduğundan Düdənginski təxəllüsünü daşıyırdı. Bi fərziyyəyə görə müharibənin əvvəllərində almanlara əsir düşmüşdü, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçmişdi. 

Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olub. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür.. Almanların tərəfində sovetlərə qarşı vuruşan mayor Düdənginski sərkərdəlik məharətinə görə Almaniyada qəhrəman adı almışdı. 

Düdənginski bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Həm II Dünya Müharibəsindən sonra yaradılan “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, həm də mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olub.

Düdənginskinin son günləri Almaniyanın Münhen şəhərində keçib. Onun qətli azərbaycanlı casusun əli ilə gerçəkləşdirilib.

Qeyd edək ki, 1953-cü ildə “Azadlıq” radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski həmin redaksiyanın baş redaktoru oldu. Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda SSRİ-yə qarşı çox kəskin çıxışlar etdi”.

Almaniyadan edilən bu çıxışlar rəsmi SSRİ-ni narahat edirdi. Çünki ABŞ-ın gələcəkdə SSRİ-ni yıxacaq psixoloji müharibəsi özünün pik nöqtəsində idi. Nə olursa olsun, oranın kadrlarını aradan götürmək lazım idi. Sovet DTK-sıın Əks-kəşfiyyat İdarəsi bu barədə əsaslı işə keçir. Mühacirətdə olan antisovet fəalları aradan götürmək planında ilk rast gəlinən adlardan biri də  Düdənginski olur. 

Bu məqsədlə Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəlirlər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. 

Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir. İsmayılov nəhayət işə keçir.


Tarixçi Nəsiman Yaqublu həmin qətl hadisəsini Modern.az saytına bu cür nəql edib: “Hadisə bir alman xanımın- Böhmün evində baş verir. Əvvəlcə yeyib-içirlər. Bir az keçəndən sonra İsmayılov əlində olan xüsusi maddəni onun içkisinə qatır. M

üvazinətini itirəndən sonra isə usta Föstledən aldığı çəkiclə Əbdürrəhman bəyin başına vurmağa başlayır. Düdənginski bir təhər ona müqavimət göstərir, amma ölümdən qurtula bilmir. İsmayılov Düdənginskini öldürəndən sonra isə öz paltarlarını ona geyindirir, öz sənədlərini onun cibinə qoyur və oranı tərk edir. Səhəri gün alman qadın evə gələrkən cəsədi aşkarlayır. 

Polisə məlumat verəndən sonra gəlib meyitin sənədlərinə baxırlar və orada “Mikayıl İsmayılov” yazıldığını görürlər. Düdənginksini elə  Münhendə  “Mikayıl İsmayılov” adıyla dəfn edirlər. Bir həftə keçəndən sonra “Azadlıq” radiosunda görürlər ki, Düdənginski işə çıxmır. Soraqlaşandan sonra son günlərdə ölən müsəlmanın harada basdırıldığını öyrənirlər. İcazələrdən sonra meyit ekspertizaya gətirilir və “Azadlıq” radiosunda işləyən İsmayıl Əkbər,  Məcid Musazadə Düdənginskini tanıyırlar. 

Bu hadisədən bir il əvvəl Düdənginskinin qardaşı da rəhmətə getmişdi. Deyilənə görə, qardaşı da DTK tərəfindən motosiklet qəzasına məruz qalaraq öldürülüb. Oradakı azərbaycanlılar Düdənginskini Münhendən 150 km uzaqda yerləşən Nyu-Umi şəhərində dəfn edirlər. Fətəlibəylinin cənazəsi, 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfulla bəy Fətəlibəylinin uyuduğu məzarın yanındadır”. 

Yeri gəlmişkən, qatil-casus Mikayıl İsmayılov vətənə qayıtdıqdan sonra öz evində öldürülmüşdü ki, Düdənginskinin qətlinin izi itsin...

Bəzi məlumatlara görə, Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin faciəli ölüm xəbəri onun ailəsinə - oğlu və arvadına çox pis təsir edir. Atasının ölüm xəbərini alan oğlu Əlinin başına hava gəlir. 

ABŞ hökumətinin razılığı ilə Əlini anası Leyla xanımla birlikdə təyyarə ilə Nyu-Yorka aparırlar. Onlar şəhərin yaxınlığında azərbaycanlıların daha sıx yaşadıqları Novak qəsəbəsində məskunlaşırlar. ABŞ hökuməti onlara yüksək təqaüd də kəsir.

Və bu günədək Düdənginskinin ailəsindən – oğlu Əli və xanımı Leylanın sonrakı taleyindən heç bir xəbər yoxdur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR