İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məktəbdə hər tənəffüs zamanı rəqs edirlər

858 03.02.2017 06:10 Maraqlı A A
Türkiyənin Mardin şəhərindəki Artüklü bölgəsindəki bir orta məktəbdə ilginc proseslər baş verir. 

Şagirdlər hər tənəffüs 5 dildə mahnıların müşayiəti ilə müəllimlərlə rəqs edirlər. Buna səbəb isə sözügedən bölgədə şagirdlər üçün hər hansı əyləncənin olmamasıdır. 

Kürd, ərəb, ispan, türk və ingilis dilində mahnılar çaldıraraq rəqs edən şagirdlər zaman-zaman klassik musiqi sədaları altında da dərsə girirlər. Müdiriyyət isə deyir ki, bu, şagirdlərin məktəbə bağlılığını, dərslərə motivasiyasını artırmaq və onları pis vərdişlərdən uzaqlaşdırmaq məqsədi daşıyır. 

Şagird və müəllimlərlə yanaşı, zaman-zaman valideynlər də rəqslərə qoşulurlar. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR