İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ətir vurmaq üçün yox, yemək üçündür...

1114 14.01.2017 05:36 Maraqlı A A
Bolqarıstanda satışa yeni dezodorant çıxarılıb. 

Konfet şəklindəki bu dezodorant bütün pis qoxuları bədəndən apararaq 6 saata qədər gül qoxusu yayır. Maraqlıdır ki, bu dezodorantı bədənə vurmurlar, yeyirlər. Ventsislav Peychevin sahib olduğu Alpi adlı şirniyyat firmasının istehsalı olan “Deo Parfum Candy” konfet şəklindədir və onu yeyən insanın bədənindəki bütün pis qoxular gedir. Amma qoxunun təsir gücü yeyilən konfetin miqdarına və bədən ağırlığına görə dəyişir. 

Konfet şəklindəki dezodorant fikri yeni deyil. Yaponiyada daha öncə bazara çıxarılan, amma uğur qazanmayan bir saqqız markası da çeynəniləndə eyni təsir gücünü yaradırdı.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR