İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bəbirləri qorunacaq - FOTOLAR

2886 04.11.2014 13:35 Maraqlı A A

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə növbəti 5 il üçün bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planının hazırlanması istiqamətində işə başlayıb.

Nazirlikdən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

Keçən əsrin 60-cı illərindən bəbirlərin Azərbaycanda yaşadığını sübut edən faktlar əldə olunmayıb. Laki indi bu növ Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Son on ildə qorunan ərazilər şəbəkəsinin sahəsi 475 min hektardan 893 min hektara çatdırılıb. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə “Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı” qəbul edilib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı altında IDEA beynəlxalq ətraf mühit kampaniyasının "Böyük beşlik" proqramı çərçivəsində xüsusən bəbirin mühafizəsi ilə bağlı işlər görülüb.

Son üç ildə ETSN-in Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə apardığı monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında fotoşəkilləri çəkilib, bəbirlərin və onların qida obyektlərini təşkil edən heyvanların say və həyat tərzi haqqında ətraflı məlumatlar toplanılıb. 

Nəticədə müxtəlif ərazilərdə bəbirlərin sayında artım müşahidə olunub. 2010-cu ildən bəbirin Hirkan Milli Parkının ərazisində balalaması faktı qeydə alınıb və həmin ildən Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parklarının ərazilərində mütəmadi olaraq bəbirlərə rast gəlinir. 

2013-cü ildə Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisində bəbir ailəsinin foto çəkilişləri aparılıb.









Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR