İnsanlara hürriyət, millətlərə istiqlal!

70 yaşlı qadını qorillaya görə həbs etmək istədilər

740 14.01.2017 05:48 Maraqlı A A
Kembric sakini olan bir qadını eyvanından toxunma qorilla asdığı üçün nasizmdə suçlayıblar. Polislər 70 yaşlı Enn Fistin evinə gələndə bildiriblər ki, onlara pəncərədən asılan “qara bədənlə” bağlı şikayət olunub. 

Çünki kimsə bunu çox aşağılayıcı hesab edib. Fist isə hüquq mühafizə orqanı nümayəndələrinə izah edib ki, toxuma işləri ilə məşğul olur və polislərə evindəki iki qutu yunu göstərib: “Qorillalar qara rəngdə olur və mən onu ağ rəngdə toxuya bilməzdim”.

İnsidentdən sonra qadın deyib ki, o, oyuncaqlarından bəzilərini satır və alıcılarından heç biri bu günə qədər şikayət etməyib. Bundan başqa, Fist pəncərəsindən üzərində “şikayətçi ilə tanış olmaq istəyirəm” yazılmış bir elanı da asıb. Kembric polisinin mətbuat xidməti dəqiqləşdirib ki, oyuncağa görə hər hansı şikayət daxil olmayıb. Hüquq-mühafizə orqanları əməkdaşları isə qorilla fiqurunu “potensial rassist obyekti” adlandırıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR