İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib - YENİLƏNİB

1371 19.12.2018 15:00 İdman A A

Norveçin “Mölde” futbol komandasının baş məşqçisi İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” xəbər verir ki, Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcək. Norveçli mütəxəssisə Maykl Felan, Maykl Kerrik və Kiran Makkeyn kömək edəcək.

***

Norveçin “Mölde” futbol komandasının baş məşqçisi Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, futbolçu karyerası ərzində 1996 - 2007-ci illərdə “Mançester Yunayted”in formasını geyinmiş 45 yaşlı mütəxəssisin yeni vəzifəyə təyinatı dekabrın 20-də açıqlanacaq.

Ötən gün klubun rəsmi saytında Sulşerin 1999-cu ildə Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” komandasına vurduğu qələbə qolunun videosu bu sözlərlə paylaşılıb: “Sulşer kluba “Nou Kamp”da trebl ("qızıl het-trik") gətirən qoldan 20 mövsüm sonra bizim baş məşqçi əvəzimiz olur”.

Lakin bu məlumat tezliklə silinib.

Norveçli sabiq forvard 2015-ci ildən “Mölde”yə rəhbərlik edir. O, 2011 - 2014-cü illərdə də bu komandanın baş məşqçisi olub. Sulşer həmçinin Uelsin “Kardiff Siti” (2014) və “Mançester Yunayted”in gənclər komandasında (2008 - 2011) çalışıb.

“Mölde” sonuncu mövsümdə “Rusenborq”dan 5 xal geri qalaraq Norveç çempionatında 2-ci yeri tutub.

Qeyd edək ki, “Mançester Yunayted” uğursuz nəticələrlə əlaqədar dekabrın 18-də Joze Mourinyo ilə yollarını ayırıb. Portuqaliyalı mütəxəssisin köməkçisi və “Mançester Yunayted”in sabiq futbolçusu Maykl Karrik də baş məşqçi postuna namizəd göstərilir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR