İnsanlara hürriyət, millətlərə istiqlal!

Malidə 100-dən artıq çoban naməlum silahlılar tərəfindən öldürülüb

533 24.03.2019 02:12 Dünya A A

Malinin mərkəzində Bankas şəhəri yaxınlığında silahlı şəxslər fulani qəbiləsindən olan 110 çobanı qətlə yetirib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi şəhərin meri Mulaya Quindonun açıqlamasına əsasən məlumat yayıb.

Merin sözlərinə görə, ovçu geyimində olan naməlum silahlılar gecə vaxtı Bankas yaxınlığındakı Oqossaqu və Velinqara yaşayış məntəqələrinə hücum edərək, orada qətllər törədiblər.

Oqossaqu sakinlərindən biri hücumu 23 Mali əsgərinin öldürülməsinin qisası kimi qiymətləndirib. Həmin hərbçilər “Əl-Qaidə” terror qruplaşması ilə qarşıdurmada həlak olublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR