İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun mühafizəçilərinin Rusiya mafiyası ilə bağlantıları ifşa olunub

904 19.12.2018 17:14 Dünya A A

Fransa prezidenti Emmanuel Makronun ətrafındakı iki şəxs - Aleksandr Benalla və Vensan Kraz Rusiyanın mafioz oliqarxlarından biri ilə əlaqədə olubmuş.

Bu barədə Fransanın “Mediapart” saytı məlumat verib.

Xatırladaq ki, Aleksandr Benalla Emmanuel Makronun əsas mühafizəçisi olub. O, Vensan Krazla birlikdə bu il mayın 1-də nümayişçilərə divan tutduğuna görə məsuliyyətə cəlb edilib.

Onların hər iksi Emmanuel Makronun “İrəli Fransa” partiyasının fəal üzvlərindən imiş. Lakin “Mediapart”ın araşdırması işin yönünü başqa tərəfə çevirib.

Belə ki, sayt 2018-ci ilin iyununda, Vensan Krazın hələ “İrəli Fransa” partiyasının əməkdaşı və partiyanın təhlükəsizlik xidmətinin rəhbərinin müavini vəzifəsini icra etdiyi zaman hesabına 300 min avro pul köçürülməsinin aşkar edildiyini yazır.

Vensan Kraz partiyaya Aleksandr Benalla tərəfindən gətirlib. A.Benalla prezident Emmanuel Makronun səfərləri zamanı müxtəlif təhlükəsizlik xidmətlərinin fəaliyyətini koordinasiya edirmiş. Benallanın köməyi ilə Vensan Kraz “İrəli Fransa” parityasının təhlükəsizlik xidmətinin rəhbərinin müavini vəzifəsinə təyin edilib.

“Mediapart”ın məlumatına görə, Kraz vəzifədə olduğu müddətdə Rusiyanın özbək əsilli oliqarxı İsgəndər Mahmudovla əlaqə yaradıb. Rusiyanın “Transoyl”, “Transmaşholdinq”, “Jeldoremmaş”, “Kunovice Aircraft Industries”, “Aeroekspress” kimi nəhəng sənaye şirkətlərində önəmli pay sahibi olan, habelə Moskvanın “ÇSKA” futbol klubunun nəzarət paketini əlində tutan İsgəndər Mahmudov olduqca qaranlıq bir fiqur sayılır.

Bu biznesmen “İzmaylovo” mütəşəkkil cinayətkar qrupu ilə əlaqələrdə ittiham edilir. “Mediapart” İsgəndər Mahmudovun yuxarıda göstərilən məbləği Vensan Krazın hesabına 2018-ci lin yayında, Monakoda köçürdüyünü bildirir. Pullar Vensan Krazın “Mars Conseil” adlı şirkətinin bank hesablarına yatırılıb.

Kraz ruslarla əlaqə yaratmaq üçün Aleksandr Benallanın əvvəllər işlədiyi “Velours” adlı mühafizə şirkətinin köməyindən istfadə edib. Lakin A.Benalla keçmiş dostunun ruslarla əlaqə yaratdığı barədə heç bir şey bilmədiyini bildirib. Vensan Kraz isə jurnalistlərin suallarına cavab verməkdən boyun qaçırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR