İnsanlara hürriyət, millətlərə istiqlal!

Lüis Hemilton: “Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim"

2337 29.04.2018 19:18 Formula #1 A A

"Yarışın bu cür yekunlaşacağını təxmin etmirdim. Valtteri Bottas çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi".

"Report"un məlumatına görə, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton deyib.

Britaniyalı sürücü bəxtinin gətirdiyini bildirib.

“Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim. Özümü bir qədər qəribə hiss edirəm. Amma bu nəticəni qəbul edirəm. Bu gün bir saniyə də olsun, təslim olmadım. Davamlı hücum edirdim. Lakin yarışı ideal keçirmədim", - deyə Hemilton söyləyib.

Qeyd edək ki, L.Hemilton 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlaylb. “Ferrari”nin sürücüsü Kimi Raykkonen ikinci, “Force İndia”nın pilotu Serxio Peres üçüncü yeri tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR