İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə işləyən gənc müəllimin bu addımı uşaqları sevindirdi – FOTO

4194 20.07.2018 00:05 Maraqlı A A

Maraqlı addımları ilə yadda qalan müəllim bu dəfə də diqqət mərkəzinə düşüb.

Minval.info xəbər verir ki, Lerik rayonunun Lərmərud kənd məktəbində çalışan Seymur İbrahimov uşaqlara sevinc bəxş edib.

Daim şagirdlərlə səmərəli vaxt keçirdiyindən və onları həvəsləndirəcək işlər gördüyündən müəllimə Bakıda fəaliyyət göstərən otellərdən biri tərəfindən futbol topu hədiyyə olunub.

“50 ədəd futbol topu verildi ki, ucqar kəndlərdə yaşayan balaca uşaqlara hədiyyə aparım. Bu kimi təşəbbüsləri ürəkdən alqışlayır, uşaqlara kömək olanlara təşəkkür və sevgilərimi ünvanlayıram” – Seymur bəy bildirib.

Bundan sonra müəllim Cənub rayonlarının bir neçə kəndində yaşayan uşaqların görüşünə gedib. İbrahimov ona təqdim olunan topları azyaşlılara hədiyyə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR