İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstana səfər etmiş azərbaycanlıların sayı milyona çatır

518 11.09.2015 23:22 Yaşam A A
Yanvar-avqust ayı üçün statistika açıqlanıb.

2015-ci ilin yanvar-avqust ayı üçün Gürcüstana səfər edən xaricilərin sayı, keçən ilin analoji dövrü üçün olan göstəricilər ilə müqayisədə 5,9% artaraq 3 milyon 922,4 min nəfərdən ibarət olub, Gürcüstanın turizm üzrə Milli administrasiyası bildirib.

Oxu.Az “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, Gürcüstana səfər edən xaricilər arasında birinci yeri Ermənistan tutur – 944 min 029 nəfər (keçən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur).

İkinci yerdə Azərbaycandır – 932 min 054 turist (keçən ilin analoji dövrü ilə müqayisədə 8% çoxdur).

Beynəlxalq turistlərin sayına görə, üçüncü yerdə Türkiyədir – 926 min 755 nəfər, bu, 2014-cü ilin analoji dövrü üçün olan göstəricidən 6% çoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR