İnsanlara hürriyət, millətlərə istiqlal!

“La Skala” operası Səudiyyə Ərəbistanı ilə sazişi ləğv edib

735 20.03.2019 19:00 Son xəbər A A

Səbəb Məhəmməd bin Salmana olan ümumi nifrətdir

Milanın məşhur “La Skala” opera teatrı maliyyə dəstəyi qarşılığında Səudiyyə Ərəbistanına idarə heyətində yer almaq imkanı verən sazişi ləğv edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Milan bələdiyyəsinin başqanı və eyni zamanda “La Skala” opera teatrının sədri Cüzeppe Sala bununla bağlı alınan qərarın yekdilliklə qəbul olunduğunu bildirib.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanının mədəniyyət naziri Bədr bin Fərhan ilə 15 milyon avro məbləğinda imzalanan müqaviləyə əsasən səudiyyəlilər 5 il boyunca operanın idarə heyətinə girməyə haqq qazanmışdılar.

Cüzeppe Sala Səudiyyə Ərəbistanı tərəfindən avans olaraq ödənilən 3,1 milyon avronun geri qaytarılacağını sölyəyib.
İtaliyada bir çox siyasətçliər və incəsənət xadimləri müqaviləni imzlayan “La Skala”nın idarəçilərindən Aleksandr Pereyranın istefasını tələb edirlər.

Cüzeppe Sala isə sazişdən imtina səbəbləri ilə bağlı bir söz deməsə də mətbuat bunun Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yönəlik nifrət hissi ilə əlaqələndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR