İnsanlara hürriyət, millətlərə istiqlal!

Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb

978 24.09.2018 09:50 Dünya A A

Kubada onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Kubadebate” internet portalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbindəki Pinar-del-Rio vilayətində qeydə alınıb. Sərnişinləri daşıyan yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 40 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqlardır.

Yaralılar xəstəxanaya yerləşirilib. Həkimlər onların həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR