İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yoldaşım gözətçi durdu ki, gələn olsa xəbər etsin” - Silsilə oğurluq edənlər saxlanılıb - FOTO

1855 12.01.2017 02:30 Kriminal A A
Şəmkirdə silsilə oğurluq törədən iki nəfər saxlanılıb.

ARB Kəpəz xəbər verir ki, kənddə işləməyə gedən gənclər asan qazancın yolunu oğurluqda tapıblar.

Bağlı qapı axtaran dostlar evdə heç kimin olmadığına əmin olduqdan sonra mənzili qarət ediblər.

Elmixan Əhmədov- zərərçəkən şəxs: “Evə gələndə gördük ki, televizorun altında olan rəfin içindəkiləri bütünlüklə yerə töküblər. Oradan bir çox qiymətli əşyalar götürüblər. Daha sonra o biri otaqdan isə 1830 manat nağd pul oğurlayıblar”.

Şəmkirin Abbaslı kənd sakini Elmixan Əhmədov və ailə üzvlərinin başına gələnlər uzun illər onların xatirəsində qalacaq. Evini təmir etdirmək üçün inşaat materialları almağa gedən ailə, geri dönəndə evinin talandığını görüb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi oğruların kimliyini müəyyən edə bilib. Məlum olub ki, Elmixan Əhmədovun evinə qanunsuz olaraq daxil olanlar Gəncə sakinləridir.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı oğurluq etdiklərini etiraf ediblər. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Qüdrət Cəfərov Abbaslı kəndinə xurma yığmaq üçün getdiklərini deyib. Ancaq kəndə çatdıqda, qapılardan birinin bağlı olması onları ağac başına çıxmaqdan yayındırıb.

Qüdrət Cəfərov- saxlanılan şəxs: “Yolun kənarında bir ev gördük, kilidlənmişdi. Girdim evə, əşyaları götürdüm. Yoldaşım isə gözətçi durdu ki, gələn olsa xəbər etsin”.

Oğurluğun digər iştirakçısı Nurlan Musayev də dostu ilə həmfikirdir. O, cinayətdə gözətçi kimi iştirak edib. Əldə etdikləri qəniməti isə “dədə malı” kimi öz aralarında bölüblər.

Nurlan Musayev- saxlanılan şəxs: “Məhlənin arxasından keçdik. Evin arxasında mən durdum, o, içəri keçdi. Mən pəncərənin yanında onu gözlədim”.

İstintaq yolu ilə o da məlum olub ki, bu, Qüdrət Cəfərov və Nurlan Musayevin ilk və son əməli deyil. Gənclər buna qədər Şəmkirlə yanaşı, ətraf şəhər və rayonlarda silsilə xarakterli oxşar oğurluqlar törədiblər.

Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR