İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə sərnişin tərəfindən bıçaqlanan sürücü xəstəxanada dünyasını dəyişib

1132 20.01.2017 23:40 Kriminal A A
Şəmkirdə bir neçə gün əvvəl sərnişin tərəfindən bıçaqlanan sürücü yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Şəmkir Rayon Polis Şöbəsindən "Report"un qərb bürosuna verilən məlumata görə, yanvarın 17-də Şəmkir rayonun Seyfəli kəndi ərazisində sərnişin tərəfindən bıçaqlanan Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğlu yerləşdirildiyi Gəncə şəhərindəki özəl xəstəxanaların birində dünyasını dəyişib.

Xatırladaq ki, N. Babayev yanvar ayının 17-də Seyfəli kəndinə apardığı sərnişini tərəfindən bıçaqlanıb və avtomobili qaçırılıb. Qaçırılan "VAZ-2107" markalı avtomobil isə Şəmkir rayon Seyfəli kənd sakini, avtimobil təmiri ilə məşğul olan, Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həm kəndlisi Eşqin Murtuzovdan aldığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR