İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə 29 yaşlı oğlan naməlum şəxslər tərəfindən döyülüb

728 21.01.2017 03:30 Kriminal A A
Şəmkirdə döyülmə faktı qeydə alınıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini 1988-ci il təvəllüdlü Allahyarov Allahyar Zahid oğlu müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.  Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR