İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlərə qənim kəsilən şəxslər tutuldu (FOTO)

1283 31.05.2016 21:54 Kriminal A A


Binəqədi polisi rayon ərazisində həyət evlərindən oğurluq edən iki nəfərdən ibarət dəstəni zərərsizləşdirib. 

Musavat.com xəbər verir ki, Sulutəpə qəsəbəsində yaşayan sakinlər polisə müraciət edərək, onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqdi Rayon Polis İdarəsinin əməkdaşları həmin cinayətləri törətməkdə şübhəli bilinən 31 yaşlı Məmmədov Elvin Mirqələm oğlu və 21 yaşlı Xəlilov Sumbat Rəhim oğlunu saxlayıblarlar. 

Saxlanılan şəxslər dindirmə zamanı törətdikləri əməlləri etiraf ediblər. Elvin Məmmədov oğurluğu əsasən günün qaranlıq saatlarında həyata keçirdiklərini deyib. 

Oğurluq yolu ilə 1000 manatdan artıq pul əldə etdiklərini söyləyən Elvinin sözləribə görə həmin pulları əyləncəyə xərcləyiblər. 

Hələlik üç cinayəti sübuta yetirilən saxlanılan şıxslərin oxşar cinayətlərdə də iştirakı istisna edilmir. Araşdırma aparılır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR