İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərini öldürən qadının məhkəməsi başlayıb

1025 23.01.2017 12:51 Kriminal A A
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
 
 
Qətl hadisəsi ötən ilin iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.
 
Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş.

27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V. Kərimov hadisə yerində dünyasını dəyişib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR