İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə "Jiquli" traktora çırpıldı: 1 ölü, 3 yaralı

728 20.01.2017 02:15 Kriminal A A
Ağcabədidə ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3-ü ağır yaralanıb. Rayonun Sarcalı kəndində baş verən qəzada sürücü Səfqulu Əliyev xəstəxanada dünyasını dəyişib.

Əliyev Səfiqulu Saday oğlunun idarə etdiyi VAZ 21011 markalı, 04 BL 847 dövlət nömrə nişanlı avtomobil traktora qoşulan lapetlə toqquşub. Nəticədə Hüseynov Əli Ziyad oğlu, Qasımov Adil Cəlal oğlu və Hüseynzadə Həsən Səfər oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstaxanasına çatdırılıb.

Xəsarət alan sərnişinlərin vəziyyəti ağır olaraq qalmaqdadır

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR